Türkiyə və Fransa liderləri görüşüblər | VİDEO

   Türkiyə və Fransa liderləri görüşüblər |    VİDEO
  25 Sentyabr 2025    Oxunub:442
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin Nyu-York şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının BMT Baş Assambleyası çərçivəsində fransalı həmkarı Emmanuel Makronla görüşüb.
Türkiyə mətbuatının rəsmi mənbəyə istinadən yaydığı məlumata əsasən, Türkiyə Prezidenti rəsmi Ankaranın Fransa ilə dialoqa böyük əhəmiyyət verdiyini, ticarət, enerji, müdafiə sənayesi və bir sıra digər sahədə əməkdaşlığı artırmağı hədəflədiyini vurğulayıb. O həmçinin ölkəsinin Avropa İttifaqı (Aİ) ilə əlaqələri intensivləşdirmək niyyətini diqqətə çatdırıb.

Tərəflər Rusiya-Ukrayna müharibəsinin cari vəziyyətinə də toxunublar. Ərdoğanın sözlərinə görə, Türkiyə bu müharibədə ədalətli, davamlı sülh naminə üçün hər cür səy göstərir.

"Ankara nəticəyə fokuslanaraq İstanbulda keçirilən danışıqlar prosesini daha da irəli aparmağı fikirləşir", – o deyib.
Makron Pezeşkiyanla görüşüb

Prezident, eyni zamanda, Fransanın Fələstini dövlət səviyyəsində tanıma qərarına görə həmkarına öz təbrikini bildirib. O, Qəzza zolağında münaqişənin iki dövlətli həll yolu ilə başa çatdırılması naminə İsrailə qarşı beynəlxalq təzyiqlərin nəticə verə biləcəyini söyləyib. Liderlər Suriyadakı mövcud vəziyyətlə əlaqədar da fikir mübadiləsi aparıblar.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Türkiyə   Fransa   prezident   görüş  



Xəbər lenti